Gəncədə güclü külək: Binanın damı uçdu - FOTO

Gəncədə güclü külək: Binanın damı uçdu - FOTO
14:17 9 May 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, külək nəticəsində Dədə Qorqud prospektində yerləşən iki çoxmərtəbəli binanın dam örtüyü uçub. Bəzi küçə və prospektlərdə yolun kənarına quraşdırılmış avtobus dayanacaqları aşıb.
 
Məlumata əsasən, güclü  külək şəhərin Adil Ziyadxanov küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünü uçurub. Bundan başqa, Mahrasa bağında hündür ağaclar yaxınlıqdakı yaşayış evlərinin və obyektlərin üzərinə aşaraq, ciddi ziyan vurub.
 
Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə baş verən ərazilərə cəlb olunublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR