"Fənərbaxça"nın baş məşqçisi Hollandiya millisində - RƏSMİ

"Fənərbaxça"nın baş məşqçisi Hollandiya millisində -   RƏSMİ
15:17 9 May 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya yığmasının baş məşqçisinin adı açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə Hollandiya Futbol Federasiyası məlumat yayıb.


Mələumatda bildirilir ki, 2015-ci ilin iyulunda fəaliyyətə başlayan və "DÇ-2018"in seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən sonra istefa verən Danni Blindi Dik Advokaat əvəzləyəcək.


Mövsümün sonunda "Fənərbaxça"dan ayrılaraq Hollandiya millisini çalışdırmağa başlayacaq mütəxəssisin köməkçisi veteran futbolçu Ruud Qullit olacaq.


Qeyd edək ki, Dik Advokaat 1984-1987, 1990-1992 və 2016-cı illərdə Hollandiya millisində məşqçi, 1992-1994 və 2002-2004-cü illərdə baş məşqçi olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfnrbaxcaquotnn-ba-mqcisi-hollandiya-millisind-t57961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR