ABŞ-ın hərbi gəmisi Koreya gəmisi ilə toqquşdu

ABŞ-ın hərbi gəmisi Koreya gəmisi ilə toqquşdu
15:28 9 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Yapon dənizində hərbi təlimlər keçən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi Cənubi Koreyaya məxsus balıqçı gəmisi ilə toqquşub.

Publika.az
xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi məlumat yayıb.

Məlumata görə, balıqçı gəmisi təsadüfən hərbi təlimlərin keçirildiyi əraziyə daxil olub. ABŞ donanmasına məxsus hərbi gəmi isə balıqçı gəmisni deşib.

Hərbi mənbələr agentliyə bildiriblər ki, balıqçı gəmisində xəsarət alan yoxdur.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR