PKK-ya məxsus sığınacaqlar ələ keçirildi

Bitlisdə aparılan hərbi əməliyyatlar zamanı PKK-nın iki sığınacağı ələ keçirilib.

Metbuat.az xəbər verir ki, Bitlisin Tatvan ilə sərhədində yerləşən ərazidəki sığınacaqdan çox sayda partlayıcı qurğu aşkar edilib. İçərisində 380 kq ammonium nitrat olan partlayıcı maddə isə torpağa basdırılmış vəziyyətdə olub.

Sığınacaqlardan partlayıcı qurğularla yanaşı, ərzaq ehtiyatı və enerji daşıyıcıları da tapılaraq götürülüb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR