Qadınlar ərlərini döyə biləcək

Hindistanın Madya-Pradeş ştatının sosial ədalət naziri Qopal Bharqava qeyri-adi qərarla diqqət çəkib.

Metbuat.az bildirir ki, nazir 700 yeni evlənmiş gəlinə ərlərini döymək üçün beyzbol dəyənəyi hədiyyə edib. Bharqava müsahibəsində bildirib ki, xanımlar dəyənəklərdən içkili vəziyyətdə evə gələn həyat yoldaşlarından qorunmaq üçün istifadə edə bilərlər. Zorakılığın əleyhinə olduğunu qeyd edən Qopal Bharqava soyuq silahları zərurət yarandığı halda işə salmağı tövsiyə edib.

Qeyd edək ki, nazir özünəməxsus hədiyyələri hind gəlinlərinə ənənəvi keçirillən kütləvi toy mərasimində hədiyyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR