Pepe PSJ-yə keçir?

Pepe PSJ-yə keçir?
15:34 9 May 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

“Real”ın müdafiəçisi Pepe karyerası ilə bağlı yekun qərarı verməyə tələsmir. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda Madrid klubu ilə müqaviləsi bitəcək 34 yaşlı portuqaliyalı yenidən fikrini dəyişib.
 
Belə ki, o, Çinin “Xebey Çayna Forçun” komandası ilə ilkin razılıq əldə etsə də, yenidən Fransa PSJ ilə danışıqları bərpa edib. Bu barədə məlumatı İspaniyanın “Cadena Ser” radiosu yayıb.
 
Bildirilir ki, tərəflər arasında bütün şərtlər razılaşdırılıb və PSJ bunu yaxın günlərdə rəsmən açıqlayacaq.
 
Qeyd edək ki, 2007-ci ildən “Real”ın şərəfini qoruyan müdafiəçi bu klubun heyətində 231 oyun keçirib. 13 dəfə rəqib qapısına yol tapan Pepe 28 dəfə məhsuldar ötürmə verib. O, bu mövsüm isə cəmi 13 görüşdə (1 qol, 2 ötürmə) meydana çıxıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274204

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR