MDB ölkələrinin səfirləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər

MDB ölkələrinin səfirləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər
15:47 9 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər.
"Report" xəbər verir ki, MDB ölkələrinin diplomatları Bakıda hərbi şərəf Memorialına gül çələngi qoyub.
Memorialın yanında həmçinin "Ölümsüz alay" aksiyası keçirilib. Bütün aksiya iştirakçılarına rəmzi lentlər paylanılıb. 
Qeyd edək ki, "Ölümsüz alay" Rusiyada və bir sıra MDB ölkələrində Qələbə Günü keçrilən beynəlxalq ictimai aksiyadır. 
Aksiya iştirakçıları Böyük Vətən müharibəsində iştirak etmiş, faşizmə qarşı vuruşmuş qohumlarının foto partretlərini nümayiş etdirirlər. 
Həmçinin, MDB ölkələri səfirləri ümumi lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mdb-olkelerinin-sefirleri-bakida-qelebe-gunune-hesr-olunmus-tedbirlerde-istirak-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR