Kitab oxumağın faydaları

Britaniya alimləri apardıqları tədqiqatdan sonra kitab oxumağın bir neçə faydasını müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, 123 nəfər arasında aparılan araşdırma kitab oxumağın faydalarını müəyyənləşdirməyə kömək edib. Belə ki, mütaliə ilk növbədə insanın sosial mühitə uyğunlaşmasına yardım edir.

Nizamlı şəkildə kitab oxuyanlarda empatiya hissi (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma) yüksək olur. Belə insanlarda xoş rəftar üstünlük təşkil edir. Kitab oxuyanlar oxumayanlara nisbətən, insanlarla xoş davranır.

Xüsusilə, komediya janrında kitab oxuyanlar başqalarına qarşı mehriban və qayğıkeş davranır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR