"Messi" həbs edildi - FOTO

"Messi" həbs edildi -   FOTO
15:57 9 May 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messinin iranlı oxşarı Rza Parasteşi həbs edilib. Fanat.Az xəbər verir ki, buna səbəb onun ictimai asayişi pozması olub.


Belə ki, 25 yaşlı tələbə Rza Parasteşi İranda sakinlərlə şəkil çəkdirib. Şəkil çəkdirmək istəyənlərin sayı olduqca çox olduğundan, polis bunu ictimai asayişin pozulması kimi qiymətləndirib. Polis Messinin oxşarını avtomobili ilə birgə şöbəyə aparıb. 


Qeyd edək ki, R.Parasteşi futbol fanatı olan atasının "Barselona" formasında çəkilmiş şəklini idman saytlarından birinə göndərdikdən sonra məşhurlaşıb. Messiyə bənzərliyi ilə diqqət çəkən tələbədən dünya KİV-i yazmağa başlayıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmessiquot-hbs-edildi-t57963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR