"Azərbaycan Gimnastika Federasiyası gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır"

"Azərbaycan Gimnastika Federasiyası gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır"
16:05 9 May 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Gimnastika Federasiyası gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır".

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) eks-prezidenti Bruno Qrandi FİG Şurasının Bakıda keçirilən iclasının yekunları ilə bağlı jurnalistlərə deyib.

O bildirib ki, mən 2003-cü ildə bədii gimnastika üzrə Dünya Kubokunun Bakıda keçirilməsi təklifini irəli sürdüm və Azərbaycan hökuməti bu təklifi qəbul etdi:

"O zaman mən Təşkilat Komitəsi ilə məsləhətləşmək üçün Bakıya gəldim. Qeyd etmək lazımdır ki, Dünya Kuboku fantastik keçdi. Azərbaycanın mükəmməl Gimnastika Federasiyası var. Bu, kompliment deyil, reallıqdır. Azərbaycan Gimnastika Federasiyası çox effektiv işləyir və gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır".

B.Qrandi həmçinin, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqına (UEG) irəli çəkilməsinə də münasibətini bildirib:

"O, yaxşı namizəddir. Biz Fərid Qayıbovla uzun zaman işləmişik və bilirəm ki, onun böyük potensialı və qələbə üçün bütün şansları var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR