Amerikalı jurnalist: "Bakı Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır"

Amerikalı jurnalist: "Bakı Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır"
16:12 9 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı Şopinq Festivalının keçirilməsi çox yaxşı ideyadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkəmizdə səfərdə olan və Azərbaycan haqqında təəssüratlarını İsrail və ABŞ mətbuatında bölüşən amerikalı jurnalist Nurit Greenger bakushopfest.com saytına açıqlamasında belə deyib.

Onun sözlərinə görə, belə festivallar adətən alıcılar üçün maraqlı təkliflər sayəsində uğurlu olur.

Bakıda olduğu müddətdə şəhərimizi gəzmək imkanı qazandığını deyən xanım Greenger hesab edir ki, Bakı Şopinq Festivalında dünya brendləri ilə yanaşı, əl işləri, xüsusilə, xalçalar, musiqi alətləri, eləcə də suvenirlərin də təqdim olunması başlanğıc üçün yaxşı ideyadır:

"Şopinqə qeyri-adi yanaşma onun uğurlu keçməsi üçün yaxşı seçimdir".

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilir. Növbəti festivalın bu ilin oktyabrına keçirilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/543053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR