Tillerson və Çavuşoğlu Ərdoğanın səfərindən danışdı

Tillerson və Çavuşoğlu Ərdoğanın səfərindən danışdı
16:12 9 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət katibi Reks Tillersonla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, diplomatik qaynaqlar əlaqənin türk tərəfinin insiativi ilə yaradıldığını bildirib.

Tərəflər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15-16 mayda ABŞ-a baş tutacaq səfəri ilə bağlı müzakirə aparılıb.

Rəsmilər həmçinin Suriyadakı son durum və Astana danışıqları ilə bağlı fikirlərini bölüşüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR