"Misə çevirib, dəyər dəyməzə verirdik" - 20-ə yaxın ev yaran oğrular saxlanıldı - VİDEO - FOTO

"Misə çevirib, dəyər dəyməzə verirdik" - 20-ə yaxın ev yaran oğrular saxlanıldı - VİDEO - FOTO
16:47 9 May 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda noutbuk oğruları saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Nərgiz Lətifovanın Qum Adası yaşayış massivindəki fərdi yaşayış evindən 1 ədəd 1200 manat dəyərində noutbuku oğurlayanlar saxlanılıb.

Məlum olub ki, cinayət əməlini törədənlər əvvəllər məhkum olunmuş Gürcüstan vətəndaşı Polad Şabanov və Tariyel Həsənəliyevdir. Saxlanılan şəxslər ifadələrində qeyd edilən hadisədən başqa Suraxanı rayonu ərazisində evlərdən oğurluq etdiklərini də etiraf ediblər.

Polad Şabanov - Saxlanılan şəxs: "Qum adasından oğurluq etmişik. Noutbuk, bujuteriya, qızıllar oğurlamışıq. Hövsanda, bağlarda, Dədə Qorqud tərəfdən oğurluqlar etmişik. Mis, qızıl, noutbuk, kombi, biz bunları çıxarıb mis edib, dəyər dəyməzə verirdik".

Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:
"Misə çevirib, dəyər dəyməzə verirdik"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/543054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR