Fransa millisinin sabiq baş məşqçisi Raymond Domenek növbəti "Qızıl top" mükafatına namizədlər barədə fikirlərini bölüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Domenek bunları deyib: "Futbol dünyası Ronaldo azarkeşləri və Messi pərəstişkarlarına bölünür. Düzü, "Barcelona"ya azarkeşlik etdiyimdən hər zaman üstünlüyü Lionel Messiyə vermişəm. Amma Ronaldonun oyununu izləyəndə hər dəfə onun baş məşqçisi olmaq istəyim baş qaldırır. Kriştianu qeyri-adi futbolçudur. "Real"da oynamasaydı, onu ən yaxşı futbolçu adlandırardım. O, qələbə və qolları çox sevir. Nə deyirlər desinlər. Amma belə futbolçu ilə istənilən məşqçi onunla çalışmaq istərdi. Ronaldo ilə "Qızıl top" uğrunda mübarizə aparmaq çətindir. Hazırda bunu yalnız Buffon bacarar. Canluici "Juventus"un qapısını qoruduğu müddətdə İtaliyada sehrli oyun göstərir. Amma qapıçılara indvidual mükafatlar uğrunda mübarizə aparmaq asan deyil".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində