Paytaxtda POS-terminalların sayı artıb

Paytaxtda POS-terminalların sayı artıb
17:32 9 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanda mövcud POS-terminalların sayı aylıq 155 ədəd azalaraq cari il aprelin 1-nə 70 795 ədəd təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
POS-terminalların 69 999-u pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bunun da 39 431-i paytaxt Bakının payına düşüb.
Ölkədə quraşdırılan POS-terminalların 39 835 ədəd və ya 56%-i Bakıda, 30 960-ı və ya 44%-i regionlarda quraşdırılıb. Martda paytaxtda olan POS-terminalların sayı artsa da, regionlarda əksinə azalıb. Martda paytaxtda POS-terminalların sayı 349 ədəd artıb, regionlarda 504 ədəd azalıb. 
Qeyd edək ki, aprelin 1-nə əsasən ölkədə hər 100 nəfərə bir POS-terminal düşür.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/paytaxtda-pos-terminallarin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR