Yaşamaq üçün ən əlverişli şəhər

Ekspertlər dünyada yaşamaq üçün ən yaxşı şəhərin adını açıqlayıb.

Metbuat.az bildirir ki, "Doyçe Bank"ın analitiklərinin fikrincə, yaşamaq üçün ən əlverişli şəhər Yeni Zellandiyanın paytaxtı Vellinqtondur. Reytinq siyahısı ekoloji vəziyyət, daşınmaz əmlakın qiyməti, səhiyyə və kriminogen duruma görə tərtib edilib. Siyahıda ikinci yerdə Şotlandiyanın paytaxtı Edinburq qərarlaşıb. Üçlüyü dünyanın musiqi beşiyi hesab edilən, Avstriyanın incisi Vyana qapayır.

Onluğa həmçinin Melburn (Avstraliya), Sürix(İsveçrə), Kopenhagen (Danimarka), Ottava (Kanada), Boston (ABŞ) və Amsterdam (Niderland) da daxildir. Siyahının sonuncu 10-cu pilləsində isə Avstraliyanın Sidney şəhəri qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR