Yavər Camalov: "Azərbaycan Türkiyədən bugünədək 130 milyon dollar həcmində xammal və ehtiyat hissələri alıb"

Yavər Camalov: "Azərbaycan Türkiyədən bugünədək 130 milyon dollar həcmində xammal və ehtiyat hissələri alıb"
18:02 9 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul. 9 may. REPORT.AZ/ Azərbaycanın Müdafiə Sənayesi Nazirlyiinin tərkibinə daxil olan müəssisələr Türkiyənin müvafiq qurumlarından bugünə qədər 130 milyon dollar həcmində xammal və ehtiyat hissələri alıblar. “Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın müdafiə sənayesi naziriYavər Camalov deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurumla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur: “Bildiyiniz kimi, hər iki dövlət arasında Yüksək Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir, hər iki ölkənin güc strukturlarının iştirakı ilə hərbi dialoq keçrilir, iclaslarda Müdafiə Sənayesi Nazirliyi iştirak edir”.
Nazir qeyd edib ki, həm şura, həm də hərbi texniki əməkdaşlıq çərçivəsində qəbul edilmiş qərarlar vaxtaşırı müzakirə olunur və onların həlli istiqamətində müvafiq işlər görülür: “Bunun nəticəsidir ki, bu gün biz Türkiyənin bir sıra şirkətləri ilə sıx əməkdaşlıq edirik”.
Y.Camalov vurğulayıb ki, Azərbaycan 4 növ tapançanı Türkiyənin özəl şirkəti ilə birgə istehsal edir, həmçinin gecəgörmə nişangahlarının birgə istehsalı nəzərdə tutulur. O qeyd edib ki, Azərbaycanda optik nişangahların təmir servis bazasının yaradılması istiqamətində danışıqlar gedir, bundan əlavə MP5 tapança avtomatlarının birgə istehsalı həyata keçirilir.
Qeyd edək ki, mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi keçirilir.
Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Sərgidə Azərbaycan müdafiə sənayesi naziriYavər Camalovun başçılıq etdiyi nümayədə heyəti, həmçinin müdafiə naziri Zakir Həsənov iştirak ediblər.
Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkət iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/yaver-camalov-azerbaycan-turkiyeden-bugunedek-130-milyon-dollar-hecminde-xammal-ve-ehtiyat-hissele

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR