İslamiada: Yığmamız qələbə ilə başladı

İslamiada: Yığmamız qələbə ilə başladı
18:09 9 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qadın həndbolçular arasında yarışlara start verilib. Apasport.az saytının məlumatına görə, dairəvi sistemlər təşkil olunan turnirin ilk günü Azərbaycan millisi də meydana çıxıb.
 
“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan matçda yığmamız Kamerun həndbolçuları ilə üz-üzə gəliblər. Əsasını milliləşdirilmiş oyunçular təşkil edən millimiz çətinliklə də olsa qələbə qazanıb.
 
Belə ki, Georgi Voronovun başçılıq etdiyi komanda ilk hissəni 18:14 hesabı ilə irəlidə bitirib. İkinci yarıda rəqib təzyiqi artıb. Buna baxmayaraq, yığmamız qarşılaşmanı 2 top fərqi ilə aktivinə yazıb.
 
Günün digər oyununda isə Türkiyə Özbəkistanı məğlub edib. Ay-ulduzlular 37:21 (16:8) hesabı ilə qalib gəliblər.
 
I tur
Azərbaycan – Kamerun – 28:26 (18:14)
Hakimlər: Diana Floresku, Anamariya Stoya (hər ikisi Rumıniya)
“Sərhədçi” Olimpiya İdman Mərhəzi
 
Azərbaycan: 1. Səbinə Nuriyev, 72. Natalya Qayoviç, 2. Anna Həmidova, 3. Marina Tankaskaya, 7. Anastasiya Metelska, 9. İrina Qasımov, 10. Anna Burova, 13. Mariya Raçitelyeva, 14. Sakinat Abasova, 22. Yekaterina Artamanova, 27. Oksana Orexova, 28. Yekaterina Peçe, 33. İrina Klimenko, 44. Alla Çernişova
 
Qeyd edək ki, yığmamız sabah Özbəkistanla oynayacaq. Matç 15:45-də başlayacaq. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR