Bazarla muzeyi səhv salan ananas FOTO/VİDEO

Bazarla muzeyi səhv salan ananas FOTO/VİDEO
18:23 9 May 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Şotlandiyanın müasir incəsənət muzeyində ananası səhvən eksponat sanıb nümayiş etdiriblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, muzeyi ziyarət edən tələbələrdən biri əlindəki ananası boş stollardan birinin üstünə qoyub. Sonra başı muzeyə baxmağa qarışdığından ananası unudub. Geri qayıdarkən ananasın muzey şüşəsi altında “Tələbələrin art-obyekti” kimi sərgiləndiyini görüb.

Qeyd edək ki, müasir incəsənət obyektləri olaraq adətən qəribə formalı, çılğın təxəyyül məhsulu olan eksponatlar nümayiş olunur. Yəni muzey işçilərini də qınamaq olmaz. Ananasın özü də olmasa, ona bənzər eksponatlar çox sərgiləndiyindən bu sitrus meyvəsinin şüşə altına düşməsi təəccübləndirici deyil.


Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR