Bakıda yaşayış binasında yanğın

Paytaxtda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən Metbuat.az-a məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 27 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR