Azərbaycanlı xalçaçı Makronun bitki toxumundan portretini yaratdı: “Özünə təqdim edəcəm”

Azərbaycanlı xalçaçı Makronun bitki toxumundan portretini yaratdı: “Özünə təqdim edəcəm”
18:39 9 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanlı xalçaçı Dağlar Səfərov Fransanın yeni seçilmiş prezidenti Emanuel Makronun bitki toxumlarından portretini hazırlayıb. Xalçaçının Lent.az-a verdiyi məlumata görə, o, Makronun qalib gələcəyini iki həftə əvvəldən proqnozlaşdırıbmış.

 

“Mən hələ təkrar seçkidən 2 həftə əvvəl ona təbrik məktubu göndərdim. Məktubla bərabər üzərində onun rəsmi olan  xalçasını da toxumuşdum, onu da Fransaya göndərə bildim. Seçkidə qalib gələcəyini proqnozlaşdırmışdım. Özünə məktubda da bunu bildirdim. Həmin ərəfədə isə onun bitki toxumlarından ibarət portretini də hazırladım. Bu portretin hazırlanmasında bir sıra tərəvəz toxumlarından istifadə etmişəm. Portreti isə ona şəxsən təqdim etmək niyyətindəyəm. Elə dünən ona məktub yazdım, portretini təqdim etmək üçün onunla görüşmək istədiyimi bildirdim. Cavab gələn kimi Parisə gedib onunla görüşəcəm”, - deyə Dağlar Səfərov bildirib.

 

 Onu da əlavə edək ki, Dağlar Səfərov indiyədək onlarla dünya liderinin portretini hazırlayıb. Onların çoxu ilə təkbətək görüşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR