Aviaşirkət rəhbərinin başına oyun açdılar - VİDEO

Aviaşirkət rəhbərinin başına oyun açdılar - VİDEO
18:58 9 May 2017
Ölkə mətbuatı
A- A+

Avstraliyada biznes konfransında çıxış edən aviaşirkət rəhbərinin üzünə tort çırpıblar. Naməlum şəxsin konfransa necə daxil olduğu bilinmir.

Publika.az xəbər verir ki, naməlum şəxs Avstraliyanın böyük aviaşirkətlərindən birinin rəhbəri Qantas Alan Djoysanın üzünə tort yaxıb. Hadisə Pertdə keçirilən biznes konfransında baş verib.

Səhnəni tərk edən Qantas bir neçə dəqiqə sonra səhnəyə pencəksiz çıxaraq çıxışını qaldığı yerdən davam etdirib.

Təhlükəsizlik xidmətinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb və polislərə təhvil verib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/198121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR