Məşhur müğənni vəfat etdi -

Beyin qanaması səbəbilə xəstəxanada müalicə alan İbrahim Erkal dünyasını dəyişib.

Metbuat.az bildirir ki, məşhur müğənninin ailəsi xəbərin doğruluğunu təsdiqləyib. İbrahim Erkal bir aya yaxın müddət müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Qeyd edək ki, müğənni 11 aprel tarixində yemək yediyi restoranın avtoparkında huşsuz vəziyyətdə yerdə uzanarkən tapılmış və təcili tibbi yardımla Beşiktaşda yerləşən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. İbrahim Erkal o gündən bəri komada idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR