İsrailin Azərbaycandakı səfiri: "Nasist Almaniyasına qarşı mübarizə aparmış azərbaycanlıların cəsarətini alqışlayıram"

İsrailin Azərbaycandakı səfiri: "Nasist Almaniyasına qarşı mübarizə aparmış azərbaycanlıların cəsarətini alqışlayıram"
19:12 9 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ "Bir israilli olaraq, Azərbaycan xalqına xüsusi hörmət və minnətdarlığımı çatdırıram".
“Report”un məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav 9 May – Qələbə Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı mesajda deyib.
Onun sözlərinə görə, nasist rejiminin devrilməsi uzun illər ərzində böyük güc və qurbanlar nəticəsində mümkün olub: “Nasist Almaniyanın üzərində qələbədə azərbaycanlıların rolu böyük olub. Yüz minlərlə azərbaycanlı Avropanın bir çox hissəsində cəsarətlə mübarizə aparıb. 320 min azərbaycanlı döyüş meydanından qayıtmayıb. Mən onların cəsarətini alqışlayıram”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-srailin-azerbaycandaki-sefiri-nasist-almaniyasina-qarsi-mubarize-aparmis-azerbaycanlilarin-cesar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR