Güclü külək Ucarda həyatı iflic etdi - FOTOLAR

Güclü külək Ucarda həyatı iflic etdi - FOTOLAR
19:23 9 May 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün gündüz saatlarında başlayan güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

Publika.az xəbər verir ki, külək nəticəsində elektrik enerjisinin təchizatında problem yaranıb. Bundan başqa, güclü külək kəndlərdə meyvə ağaclarını kökündən çıxarıb.

Ucar Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, elektrik enerjisinin təchizatında fasilə güclü külək nəticəsində rayonun əksər yaşayış məntəqələrində elektrik naqillərinin qırılması səbəbindən baş verib. Hazırda problem yaranmış ərazilərdə təmir-bərpa işləri aparılır. Yaxın saatlarında rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə tam təchiz olunacaq. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/198135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR