Moskvada ermənilərlə azərbaycanlılar arasında QANLI DAVA -VİDEO

Moskvada ermənilərlə azərbaycanlılar arasında QANLI DAVA -VİDEO
19:48 9 May 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvada “Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib.

Publika.az "salamnews"-a istinadən xəbər verir ki, buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.

Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Azərbaycanlılar tərəfdən xəsarət alanların olduğu bildirilir. Həmyerlilərimizdən birinin xəsarətləri ağır olduğundan yaxınlıqdakı təcili tibbi yardım xidmətinə müraciət olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR