Yığmada yeni baş məşqçi

Yığmada yeni baş məşqçi
20:05 9 May 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça"nın baş məşqçisi Dik Advokatın Hollandiya millisinə dönüşü rəsmən açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 69 yaşlı çalışdırıcı yenidən "narıncılar"ın "sükanı arxası"da olacaq.
 
Yığmada ona Avro-1988-in qalibi Ruud Qullit köməklik edəcək. Hollandiya Futbol İttifaqı çalışdırıcılarla müqaviləni dünya çempionatının seçmə mərhələsinin qalan hissəsindən növbəti mundiala kimi nəzərdə tutub.
 
Advokat bu postda qeyri-qənaətbəxş nəticələrinə görə vəzifəsindən qovulan Danni Blindi əvəzləyəcək.
 
Qeyd edək ki, bu, 69 yaşlı mütəxəssisin Hollandiya millisinə 6-cı gəlişidi. Bunadək 1984-1987, 1990-1992 və 2016-cı illərdə yığmada köməkçi işləyən Advokat 1992-1994 və 2002-2004-cü illərdə baş məşqçi kimi işləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR