Cənubi Koreyada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Cənubi Koreyada bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Metbuat.az "Renhap" xəbər agentliyinə istinadən bildirir ki, hələlik səslərin 15,7%-i hesablanıb. İlkin nəticələrə görə, Demokratlar partiyasının namizədi Mun Çje İn liderdir. Onun hesabında 38,4% elektorat var.

Mühafizəkarların namizədi Xon Çjun Pxyö 27,8%, Xalq partiyasının nümayəndəsi An Çxol Su isə 21,2% səs toplayıb.

Seçki məntəqələri bağlandıqdan sonra açıqlanan "eksit-poul"un nəticələrinə əsasən, seçicilərin 41,1%-inin etimadını qazandığı təxmin edilən Mun Çje İn ölkəsinin prezidenti olmağa ən real namizəddir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası nəticələri təsdiqlədikdən dərhal sonra Cənubi Koreyanın yeni prezidenti vəzifəsinin icrasına başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR