Qardaş kiçik bacısına sürpriz etdi - FOTO

Qardaş kiçik bacısına sürpriz etdi - FOTO
20:32 9 May 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

7 övlad anası, fotoqraf Kristina Encel Facebook-dakı profilində ecazkar fotosessiya paylaşıb.

Milli.Az bildirir ki, Encelin yazdığına görə, 13 yaşlı oğlu Entonidə depressiya var. 5 yaşlı qızı, ailədə "Bell" çağırılan Anabel isə qardaşını çox sevir.

"Bell sevinc, səadət və Günəşin kvintessensiyasıdır. O, hara getsə yeni dostları peyda olur. Belli hamı sevir. Onun ən yaxın dostu isə böyük qardaşı Entonidtir. Onların arasında fenomenal əlaqə var, bir-birlərini tamamlayırlar. Məhz Bell qardaşının dünyasına gülüş, sevinc və işıq gətirir, onu ən ağır fikirlərdən qurtarır", - Kristina Encel yazıb.

Kristina bir dəfə onlayn-dükanda Disney şahzadələrinin paltarlarında baxanda Entoni bacısı ilə fotosessiyaya çəkilməyi təklif etdi: "Bütün paltarları və aksessuarları Entoni seçdi. Fotosessiya zamanı Entoni bacısını qucağında gəzdirirdi ki, paltarı çirklənməsin. Bell isə özünü əsl şahzadə kimi hiss edirdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR