Tailandda TERROR: Yaralananlar var

Tailandda TERROR: Yaralananlar var
20:33 9 May 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandda baş vermiş partlayışlarda 50 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Pattani vilayətində, ticarət mərkəzində qeydə alınıb. Belə ki, ilk partlayış univermağın girişinin yaxınlığında baş verib. İnsanlar ticarət mərkəzindən qaçdıqda ikinci partlayış törədilib.

Məlumata görə, naməlum şəxslər ticarət mərkəzinin qarşısında dayanıblar. Bundan sonra mağazaya partlayıcı maddə atıblar.

Regional polisin rəhbəri Ronnasilp Pxusar isə bildirib ki, partlayışlar avtomobilə yerləşdirilmiş bomba vasitəsilə törədilib. O, hələlik hadisənin təfərrüatı barədə məlumatsız olduğunu əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR