Almaniyada Berlin uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

Almaniyada Berlin uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsi anılıb
20:47 9 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Berlin şəhərində Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilib.
Azərbaycan Respublikasının AFR-dəki Səfirliyndən "Report"a verilən məlumata görə, tədbirlərdə Almaniya Federativ Respublikası hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də müharibə veteranları iştirak ediblər.
Mərasim iştirakçıları Berlin şəhəri uğrunda getmiş döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Treptov parkında Sovet əsgərlərinin şərəfinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Tirqarten parkında dəfn edilmiş sovet əsgərlərinin məzarını ziyarət edərək əklillər qoyublar.
Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, səfirliyin əməkdaşları və hərbi attaşesi tədbirlərdə iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/almaniyada-berlin-ugrunda-doyuslerde-helak-olmus-azerbaycanlilarin-xatiresi-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR