Azərbaycanın Almaniyadakı səfiri 9 May- Qələbə günü münasibətilə Berlində keçirilən tədbirlərdə iştirak edib (FOTO)

Azərbaycanın Almaniyadakı səfiri 9 May- Qələbə günü münasibətilə Berlində keçirilən tədbirlərdə iştirak edib (FOTO)
20:55 9 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

9 may 2017-ci il tarixində Berlin şəhərində Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirlərdə Almaniya Federativ Respublikası hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də müharibə veteranları iştirak ediblər.

Mərasim iştirakçıları Berlin şəhəri uğrunda getmiş döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Treptov parkında Sovet əsgərlərinin şərəfinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Tirqarten parkında dəfn edilmiş sovet əsgərlərinin məzarını ziyarət edərək əklillər qoyublar.

Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Səfirliyin əməkdaşları və hərbi attaşesi tədbirlərdə iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2751824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR