Otel otaqları olan lüks qatar - 2 günü 3 min dollara – FOTO/ VİDEO

Otel otaqları olan lüks qatar - 2 günü 3 min dollara – FOTO/ VİDEO
21:03 9 May 2017
323 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada sürətli lüks qatar hazırlanaraq istifadəyə verilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən qatarın vaqonlarında otel, restoran və digər istirahət otaqları yerləşir.

Qatar tanınmış yapon mütəxəssisi Ken Kiyoyuki Okuyama tərəfindən hazırlanıb. Qatarda sərnişinlərin yüksək səviyyədə istirahət etməsi üçün bütün xidmətlər nəzərdə tutulub.

On vaqondan ibarət olan qatarda 17 otaq mövcuddur. Həmin otaqlardan 15-i kiçik, 2-si isə lüks şəraitlidir. Bütün otaqlarda isə 2 nəfərlik yataq dəsti, şkaflar, hamam və ayaqyolular yerləşir. İkimərtəbəli lüks otaqlarda istirahət yeri və şüşə panorama tavanlar var.

Qatarda adambaşına 2 günlük səyahət üçün 2 min 900 dollar, 4 günlük turlar isə 8 min 500 dollar təşkil edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR