Burun qanaması niyə baş verir?

Burun qanaması niyə baş verir?
21:22 9 May 2017
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Burun qanamasının birinci səbəbi günəş şüalarına çox məruz qalmaqdır. Bunun səbəbi də günəş şüalarının burun daxilində yerləşən damarları həddən artıq genişləndirməsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həddən artıq genişlənən burun damarları çatlayaraq qanayır. Günəşin təsiri ilə yanaşı, burun səthinə vurulan zərbə, burundan gələn suyun çıxması üçün həddindən artıq təzyiq etmək, burundakı damarlara təsir edərək qanamasına səbəb olur.
 
Burun qanamasının qarşısını necə almaq olar?
 
Qanaxma baş verdiyi an xəstə başını önə əyib burnunun ön hissəsinə baş və işarət barmağı ilə təxminən 5-10 dəqiqə təzyiq etməlidir. Bundan sonra buruna qan gətirən damarların sıxılması üçün buz tətbiqi oluna bilər. Tətbiq edilən buz bir bezə bükülməlidir. Qanaxma kəsilənə qədər də dərin və yavaş nəfəs alınmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR