Marketdən aldığı kolbasadan görün nə çıxdı - VİDEO

Marketdən aldığı kolbasadan görün nə çıxdı - VİDEO
21:22 9 May 2017
451 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə sakini mağazadan aldığı kolbasanı doğrayanda xoşagəlməz halla qarşılaşıb. Kolbasanın içərisindən dəmir parçası çıxıb. Azad İstehlakçılar Birliyindən bildirildi ki, bu, qida təhlükəsizliyi qaydalarının pozulmasıdır və məhsulu istehsal edən firmanı cəza gözləyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kolbasanın içərisindən dəmir parçası çıxdı. Gəncə sakini şəhərdəki mağazalardan birindən kolbasa alıb. Evə gəlib onu doğradıqda isə içərisindən dəmir parçası çıxıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bu, qida təhlükəsizliyi qaydalarının və istehlakçı hüquqlarının pozulmasıdır.
Eyyub Hüseynov deyir ki, bu cür halla qarşılaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət etməklə hüquqlarını bərpa edə bilərlər.
Birliyin sədri vətəndaşlara qida məhsullarını alarkən diqqətli olmağı məsləhət görür.
Ekspert xüsusilə vurğulayır ki, təsadüfi satış yerlərindən alınan ərzaq məhsulları sonradan orqanizmdə ağır fəsadlar törədə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR