Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların xatirəsi Berlində yad edildi - FOTOLAR

Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların xatirəsi Berlində yad edildi - FOTOLAR
21:33 9 May 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Berlin şəhərində Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirlərdə Almaniya hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də müharibə veteranları iştirak ediblər.

Mərasim iştirakçıları Berlin şəhəri uğrunda getmiş döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Treptov parkında Sovet əsgərlərinin şərəfinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Tirqarten parkında dəfn edilmiş sovet əsgərlərinin məzarını ziyarət edərək əklillər qoyublar.

Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, səfirliyin əməkdaşları və hərbi attaşesi tədbirlərdə iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR