Məsx olunmuş heyvanları öldürən şəxsə qüsl vacibdir?

Məsx olunmuş heyvanları öldürən şəxsə qüsl vacibdir?
21:47 9 May 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimin bəzi ayələrinə, eləcə də, bəzi hədislərə görə, Allah-təala müəyyən qövmləri və şəxsləri, etdikləri ağır günahlara görə insan qiyafəsindən çıxarıb heyvan şəklinə salmışdır. Buna "məsx" deyirlər. Məsx olunmuş heyvanlara donuz, ayı, dovşan, kərtənkələ, fil, yarasa, meymun, əqrəb, hörümçək və daha bir neçə heyvanı aid edirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, xalq içində gəzən mövhumata görə, guya məsx olunmuş heyvanları öldürmək günahdır və bunu edən şəxs qüsl almalıdır. Şəriətimizdə belə bir hökm yoxdur. Heç bir heyvanı öldürəndən sonra qüsl almaq lazım deyil. Qüslün vacib olduğu hallar şəriət kitablarında qeyd edilib: cənabət, qadınlara aid olan 3 hal, meyitə toxunma qüslü, meyitin özünə verilən qüsl və nəzir, and vasitəsilə insanın özünə vacib etdiyi qüsl. Bunlardan başqa heç bir səbəb üçün qüsl almaq vacib deyil. Heyvanı öldürmüş şəxsin guya qüsl alması gərəkdiyi barədə inanc xurafat və mövhumatdan başqa bir şey deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR