Zaqatalada Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzi fəaliyyətə başlayıb

Zaqatalada Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzi fəaliyyətə başlayıb
22:12 9 May 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Zaqatala rayonunda Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə olimpiya hərəkatı və idmanın sürətli inkişafını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar qazandıqları uğurlardan söhbət açıblar.
Zaqatala şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
Qeyd edək ki, Zaqatalanın mərkəzində yerləşən zalda həm bu şəhərdən, həm də ətraf rayonlardan olan yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.















Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/zaqatalada-azerbaycan-cudo-federasiyasinin-telim-mesq-merkezi-fealiyyete-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR