Ehtiyatsızlıq üzündən qatilə çevirildi

Ehtiyatsızlıq üzündən qatilə çevirildi
22:12 9 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az istipress.com-a istinadən bildirir ki, rayonun Dəvəçi kəndində yaşayan 46 yaşlı Məmməd Alahverdi oğlu Məmmədov  özünə məxsus  məxsus Vaz 21099 markalı avtomobillə Şabran şəhər sakini 38 yaşlı Vüqar Əlverdiyevi öldürüb. Hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Belə ki, şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən avtomobil təmiri sexində avtomobil təmiri zamanı o, avtomobili itələmək istəyib. Bu zaman sexdə çilingər işləyən üç uşaq atası 38 yaşlı Vüqar Əlverdiyevi avtomobillə sexin divarına sıxıb. Vüqar Əlverdiyev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla baçlı Şabran Prokurorluğu araşdırma aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR