Qusarda avtomobil dərəyə aşıb: ölən var

Qusarda avtomobil dərəyə aşıb: ölən var
22:12 9 May 2017
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Köhnə Xudat kəndi ərazisində qeydə alınıb.

Belə ki, Köhnə Xudat kəndindən İmamqulukənd kəndi istiqamətində hərəkət edən "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildəki sərnişin, Qusarın Gədəzeyxur kəndinin 38 yaşlı sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyev ağır xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər Y.Haqverdiyevin həyatını xilas edə bilməyiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR