Qobustanda yük maşını ilə minik avtomobili toqquşub

Qobustanda yük maşını ilə minik avtomobili toqquşub
22:22 9 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qobustanda yük maşını ilə minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonu ərazisində “MAN” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:15-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2751838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR