"Toyota"dan bir zərbəyə 20 min apardı - VİDEO

"Toyota"dan bir zərbəyə 20 min apardı - VİDEO
22:44 9 May 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

 
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən Masazır qəsəbə sakini Cəlil Quliyevi saxlanılıb.
 
 
Cəlil Quliyevin ətrafında Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin və Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun ötən il dekabrın 19-da rayon ərazisində "Qurtuluş 93" yaşayış kompleksində vətəndaşlardan birinə məxsus "Toyota" markalı avtomobildən 20 000 (iyirmi min) manat pul oğurladığı müəyyən edilib: "Gəldim, axşam idi, gördüm maşın dayanıb. Vurdum şüşəsini sındırdım. Saxlanc yerində 20 000 manat vardı, götürdüm getdim".
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun bu ilin fevral ayının 20-də Abşeron rayonu ərazisində başqa bir "Land Rover" markalı avtomobilin şüşəsini sındıraraq maşının içində olan gödəkçənin cibindən 640 manat pul oğurladığı da məlum olub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR