Qeyb elmi nə deməkdir?

Qeyb elmi nə deməkdir?
23:17 9 May 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Gözlə görülməyən, hissiyyat orqanları ilə duyulmayan məfhumlara qeyb deyilir. Qeyb - hazırın ziddidir. Dini anlamda keçmişdə və gələcəkdə, həmçinin, insanın olduğu məkandan çox-çox uzaqlarda baş verən hadisələrlə, axırət, qiyamət kimi mövzularla bağlı biliklər də qeybə aiddir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimdə qeybi biliklərin bir neçəsi xatırlanır: "Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Loğman, 34).

Alimlər qeybi bilikləri iki hissəyə bölürlər. Mütləq qeyb qisminə aid biliklər yalnız və yalnız Allaha məlumdur. Məsələn, Allahın zatının mahiyyəti, qiyamətin vaxtı və s. "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir" (Ənam, 59). "Qeyb ancaq Allaha məxsusdur" (Yunus, 20). Hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) də qeyb aləmindəki bəzi məlumatlardan xəbərsiz olduğu Quranda təkid edilir: "De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri var. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram" (Ənam, 50).

İzafi qeyb adlandırılan ikinci növ qeybi xəbərləri isə Allah istədiyi sevimli bəndələrinə verə bilər: "Qeybi bilən ancaq Odur (Allahdır) və öz qeybini heç kəsə əyan etməz; bəyənib-seçdiyi peyğəmbərdən başqa" (Cin, 26-27). Qeyb aləmindən bəzi xəbərlər vermək peyğəmbərlərin möcüzəsi sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR