Astaralı veteran 100 yaşını qeyd edir

Astaralı veteran 100 yaşını qeyd edir
23:24 9 May 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

Astaralı Böyük Vətən müharibəsi veteranı, Astara rayonunun Şüvi kənd sakini Ağabəy Dadaşov bu gün Qələbənin 72 illik yubileyi ilə birlikdə 100 yaşını da qeyd edir. APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ağabəy Dadaşov Rusiya Çar İmperiyası dövründə, 1917-ci anadan olub. Böyük Vətən müharibəsi başlayanda onun 24 yaşı olub. 1941-ci ildə müharibəyə yollanan A.Dadaşov, beş il döyüşlərdə iştirak edərək bir neçə dəfə güllə yarası da alıb. Ağabəy Dadaşov danışmaqda çətinlik çəksə də, yaxınları onun fərqləndiyinə görə müxtəlif vaxtlarda orden və medallarla təltif edildiyini bildiriblər.

 

Qeyd edək ki, İkinci Dünya müharibəsində döyüşlərdə 5 612 astaralı iştirak edib. Onlardan 1064-ü müharibədə həlak olub, 827 nəfəri isə itkin düşüb. Hazırda rayonda on Böyük Vətən müharibəsi iştirakçısı və fədakar əməyinə görə orden və medallarla təltif olunmuş 82 arxa cəbhə iştirakçısı yaşayır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR