Cahilin 70 günahı bağışlananda, alimdən 1 günah bağışlanar

Cahilin 70 günahı bağışlananda, alimdən 1 günah bağışlanar
23:52 9 May 2017
237 Ölkə
Ölkə mətbuatı
A- A+

O dağın ki, hündürlüyü çoxdur, dərələri də daha dərin olar. Hədislərin birində oxuyuruq: "Cahilin 70 günahı bağışlanar, ondan əvvəl alimdən bir günah bağışlanar".

Yəni, alimlə cahilin məqamı eyni deyildir. Əgər Allah Təala cahilin 70 günahını bağışlayırsa, bu zaman alimdən cəmi bir günahı bağışlayar. Çünki alim bir günah edəndə əslində iki günah etmiş olar: biri günahın özüdür, biri də İslamın abrına ləkə vurmaqdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də o zaman ki, xeyir iş görər, onun üçün iki savab olar: dini təbliğ etmiş olar və həmin əməlin savabı olar.
İnsan dəyərinin əsil meyarı İlahi qürb məqamına çatmaqdır. "Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində ikiqat mükafat vardır və onlar cənnət otaqlarında əmin-amanlıq içindədirlər". ("Səba" 37).
Ona görə də bütün meyarlar bu iki mövzuya qayıdır: imana və saleh əmələ. Hər kəsin hansı zaman və məkandan asılı olmayaraq iman və saleh əməlinin dərəcələri müxtəlifdir.
Əgər insanın imanı və saleh əməli olmazsa, elmi ona heç bir fayda verməz. Elm o zaman faydalı olur ki, Allah yolunda insanlara xidmət edir və insanları Allaha yaxınlaşdırır.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər alimlə əyləşməyin, məgər o alimlə ki, sizi beş şeydən beş şeyə tərəf dəvət etsin: şəkdən - yəqinə, düşmənçilikdən - xeyirxahlığa, təkəbbürdən - təvazökarlığa, riyadan - ixlasa, dünyaya əlaqədən - ona etinasızlığa".
Həzrət Peyğəmbər (s) buyurur: "Alimlər - yerin çırağı, peyğəmbərlərin (ə) canişinləri, mənim və peyğəmbərlərin (ə) varisləridir".
İmam Baqir (ə) buyurur: "O alim ki, elmindən bəhrələnərlər, 70 min abiddən daha üstündür".
İmam Əli (ə) buyurur: "Alim diridir, baxmayaraq ki, ölü olsa belə. Cahil ölüdür, baxmayaraq sağ olsa belə".
Həzrət Peyğəmbər (s) buyurur: "Loğman oğluna buyurur: "Oğlum! Davamlı olaraq alimlərin məclislərində ol! Müdrikcəsinə sözlər eşit ki, Allah ölmüş qəlbi hikmət nuru ilə dirildər, necə ki, ölmüş torpağı yağışla dirildər"".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR