"Eurovision-2017":

Bu dəqiqələrdə Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilir.

Metbuat.az-ın məlumatına görə, az öncə Azərbaycanı yarışmada təmsil edən Diana Hacıyeva səhnəyə çıxaraq "Skeletons" mahnısını ifa edib. "Dihaj"ın ifası auditoriya tərəfindən maraqla qarşılanıb.

Mahnının müəllifləri bəstəkar-prodüser İsa Məlikov və Sandra Byormandır.

Qeyd edək ki, daha çox səs toplayan 10 ölkə təmsilçisi bu gün finala vəsiqə qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR