İslamiada: Həndbolçularımız qələbə ilə başladılar - FOTO

İslamiada: Həndbolçularımız qələbə ilə başladılar - FOTO
23:57 9 May 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 9-da "Sərhədçi" İdman Olimpiya Kompleksində kişi və qadınlar arasında həndbol yarışlarının qrup mərhələsinə start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kişilər arasında yarışda 8 komanda iki qrupda mübarizə aparır. Azərbaycan, Pakistan, Əlcəzair və Səudiyyə Ərəbistanı "A" qrupunda, Türkiyə, İraq, İordaniya və Mərakeş isə "B" qrupunda yarışır. Qadınlar arasında yarışda isə 4 komanda iştirak edir. Bunlar Azərbaycan, Türkiyə, Özbəkistan və Kamerun yığmalarıdır.

Meydana əvvəlcə "A" qrupunda yer alan Səudiyyə Ərəbistanının və Əlcəzairin kişi həndbolçuları çıxıblar. Qarşılaşma 26:13 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının xeyrinə yekunlaşıb. Qrupun digər oyununda Pakistanla üz-üzə gələn Azərbaycan milli komandası 43:36 hesablı qələbə qazanıb. Komandamızın heyətində Maksim Butenko 11 dəfə rəqib qapısına yol tapıb.

"B" qrupunun ilk oyunu Türkiyə ilə Mərakeş kollektivləri arasında keçirilib. Türkiyəli həndbolçular rəqiblərini 27:24 hesabı ilə məğlub ediblər. İraq-İordaniya görüşü isə nominal meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 37:15.

Qadınlar arasında günün ilk matçı Türkiyə ilə Özbəkistan yığmaları arasında baş tutub. Türkiyə təmsilçiləri asan qələbəyə seviniblər - 37:21. Kamerun-Azərbaycan oyununda isə azarkeşlər maraqlı və gərgin idman mübarizəsinin şahidi olublar. Həndbolçularımız rəqiblərini 28:26 hesabı ilə çətinliklə məğlub ediblər. Komandamızın heyətində 10 dəfə rəqib qapıçını məyus edən Marina Tankaskaya qələbədə əsas pay sahibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR