Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib
00:37 10 May 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 2016-2017 mövsümünün ilk finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, bu, İtaliyanın "Yuventus" klubudur.
Turin təmsilçisi Fransa "Monako"sunu səfərdə olduğu kimi, evdə də məğlub edib. Amma bu dəfə "knyazlıq təmsilçisi" 19 yaşlı hücumçusu Kilian Mbappenin qolu ilə yekun hesabın yenə 2:0 olmasına imkan verməyib.
2 ildən sonra yenidən finala yüksələn "Yuventus"un rəqibi yenə İspaniya təmsilçisi olacaq. Amma bu dəfə "Qoca Sinyora" "Barselona" deyil, "Real Madrid" və ya "Atletiko" ilə üz-üzə gələcək. Paytaxt təmsilçilərinin "Santyaqo Bernabeu" stadionunda keçirilmiş ilk görüşündə "kral klubu" qələbə qazanıb - 3:0. Cavab görüşü bu gün olacaq.
Qeyd edək ki, "Yuventus" 2014-2015 mövsümündə finalda "Barselona"ya 1:3 hesabı ilə uduzub. Bu dəfə həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
9 may
22:45. "Yuventus” (İtaliya) – "Monako” (Fransa) - 2:1
Qollar: Mario Mancukiç, 33. Dani Alveş, 44 - Kilian Mbappe, 69
Baş hakim: Born Keypers (Hollandiya)
Turin. "Yuventus Stedium”
İlk oyun - 2:0

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-cempionlar-liqasinda-ilk-finalci-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR