ABŞ kürdləri silahlandıracaq -

ABŞ Suriyanın Raqqa şəhərinin İŞİD-dən təmizlənməsi üçün kürd silahlılarına silah tədarük edəcək.

Metbuat.az bildirir ki, bu barədə Pentaqon bəyanat yayıb. Bəyanatda həmçinin qeyd olunub:

"ABŞ-ın bu addımı ilə əlaqədar Türkiyənin narahatlığını yaxşı başa düşürük. Biz silah-sursatı konkret olaraq hərbi məqsədlər üçün tədarük edirik. Silahlar yalnız Raqqanın azad edilməsi üçün nəzərdə tutulub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR