Çempionlar Liqası:

Çempionlar Liqasında ilk finalçının kimliyinə aydınlıq gəlib.

Metbuat.az-ın məlumatına görə, "Yuventus" səfərdə 2:0 hesabı ilə məğlub etdiyi "Monako"nu qəbul edib.

Oyunda hesab 33-cü dəqiqədə açılıb. Mandjukiç fərqlənib. Birinci hissənin sonuncu dəqiqələrində Dani Alves fərqi artırıb. "Monako"nun təsəlli qolundan artığına gücü çatmayıb. Mbappenin 69-cu dəqiqədə vurduğu qol oyunun yekun hesabını müəyyənləşdirib. İki görüşün ümumi hesabına görə, 4:1 hesabı ilə üstün olan "Yuventus" adını fınalçıların siyahısına yazdırıb.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

"Yuventus" - "Monako" - 2:1

Qollar: Mandjukiç, 33, Alves, 44 - Mbappe, 69

İlk oyun: 2:0

"Yuventus"un finaldakı rəqibi "Atletiko" - "Real" cütünün qalibi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR